Göygöldə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə rayonun Aşıqlı kəndində qeydə alınıb.

"QAZ-24" markalı avtomobilin idarəetmədən çıxaraq yol kənarındakı hasara çırpılması nəticəsində bir nəfər dünyasını dəyişib, daha bir neçə nəfər isə xəsarət alıb.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.