Su kanalında batma təhlükəsi ilə üzləşən şəxs xilas edilib.

Unikal.org xəbər verir ki, bu gün Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən Yuxarı Qarabağ kanalının Ağcabədi rayonu ərazisindən keçən hissəsində batma təhlükəsi ilə üzləşən 1 nəfər xilas olunub.