Yuxarı Qarabağ su kanalının Ağcabədi rayonu ərazisindən keçən hissəsində batmış 1982-ci il təvəllüdlü Soltanov Osman Əfsar oğlunun axtarışları başa çatıb.
Bu barədə Unikal.org FHN-ə istinadən xəbər verir.
Qeyd edilir ki, O.Soltanovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq kanaldan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.