Beyləqanda avtomobil su kanalına düşüb.

Unikal.org-un Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumata görə, nazirliyinin "112" qaynar telefon xəttinə Beyləqan rayonunun Birinci Şahsevən kəndi ərazisində "Mercedes" markalı minik avtomobilinin su kanalına düşməsi barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələrinin səyi nəticəsində avtomobil su kanalından çıxarılıb və içərisində aşkarlanan şəxsiyyəti məlum olmayan kişi meyiti aidiyyəti üzrə təhvil verilib.