Ağcabədi sakinindən odlu silah götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a verilən xəbərə görə, Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində F.Əliyevin Ağabəyli kəndindəki evinin zirzəmisindən müvafiq sənədləri olmayan 2 ədəd “İJ-12” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Araşdırma aparılır.