Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Kür çayının Sabirabad rayonu, Quruzma kəndi ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.
Unikal.org xəbər verir ki, bu barədə FHN-in saytında məlumat verilib.
Bildirilib ki, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
Əlavə məlumat veriləcək.