Bakıda mənzildən oğurluq olub.

Unikal.org-un məlumatına görə, Binəqədi rayonu, Ziya Bünyadov küçəsində  yerləşən mənzillərin birində kirayə yaşayan 1996-cı il təvəllüdlü Aydan Məmmədovanın mənzilindən açar seçmə yolu ilə 970 manat dəyərində məişət əşyaları və  ümumi dəyəri 600 manat olan 2 ədəd mobil telefonı oğurlanıb. 

Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi və Lənkəran şəhər Polis Şöbəsi əməkdaşları tərəfindən oğurluq törətməkdə şübhəli bilinən Lənkəran şəhər sakini, 1989-cu il Əliheydər Alıyev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.