Sabirabadda Kür çayında batan şəxsin meyiti tapılıb.
Bu barədə Unikal.org-a Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətindən məlumat verilib.
Rayonun Ulacalı kəndində batan Hacıqabul rayonunun Qarasu kəndinin sakini, 1956-cı il təvəllüdlü Soltanov Teymur Məhəmmmədrza oğlunun meyiti Bulduq kəndinin ərzisində tapılaraq, sudan çıxarılıb.