Bərdədə yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org-un xəbərinə görə, rayonun Türkmən kəndində “CHER” markalı, 99 MD 578 dövlət nömrə-nişanlı minik avtomobili idarəetmədən çıxaraq, daş hasara çırpılıb. Nəticədə sürücü və sərnişin ağır bədən xəsarəti ilə Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onların vəziyyəti orta-ağır hesab olunur.

Faktla bağlı araşdırma aparılır.