Şirvan sakini 3-cü mərtəbədən yıxılıb.

Unikal.org xəbər verir ki, Şirvan sakini, 1981-ci il təvəllüdlü Dəmirov Famil Ramin oğlu yaşadığı binanın 3-cü mərtəbəsindən yıxılıb. Yaralı hər iki ayağının topuğunun çoxsaylı qəlpəli sınığı ilə Şirvan şəhər xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.(apa)