Abşeronda avromobildən pul oğurlayan şəxslər saxlanılıb.

Bu barədə Unikal.org-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 26-da rayon ərazisində “Hyundai” markalı avtomobildən 4 050 manat oğurlamaqda şübhəli bilinənlər - Bakı şəhər sakinləri S.Nuruşov, əvvəllər məhkum olunmuşlar - R.Quliyev və A.Dərvişov saxlanılıblar.