Bakıda mağazada müştərinin pul kisəsini oğurlayan gənc tutulub.
Unikal.org xəbər verir ki, hadisə iyunun 27-də Nəsimi rayonu, N.Şahbazov küçəsində yerləşən mağazaların birində qeydə alınıb.
Belə ki, mağazanın müştərisi İ.Səfərliyə məxsus içərisində 1 530 manat, 200 ABŞ dolları və sənədləri olan pul kisəsi oğurlanıb.
Daha sonra İ.Səfərli hadisə barədə polis əməkdaşlarına müraciət edib.
Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində pul kisəsini oğurlamaqda şübhəli bilinən Qobustan rayon sakini, 2002-ci il təvəllüdlü, əvvəllər Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə məhkum olunmuş Kənan Alcanov müəyyən edilərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.