Lənkəranda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, Lənkəran Şəhər Polis Şöbəsinin əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş A.Məmmədov saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin aşkar edilib.
Davam etdirilən tədbirlərlə onun evindən əlavə olaraq 2,4 kiloqrama yaxın heroin, 745 qram metamfetamin və 13 qrama yaxın metadon götürülüb.