“Böyük tutulma nadir görülən hadisələrdəndir və bu il də baş verəcək”.
Bunu Unikal.org-a açıqlamasında astroloq Səbuhi Rəhimli deyib:
“İnsanlara Günəş və Ay tutulmaları qəribə görünür. Bunlar əslində o qədər də təhlükəli deyil, ildə bir neçə dəfə baş verir. Məsələn, iyun ayının 5-də Ay, 21 iyunda isə Günəş tutuldu. 5 iyulda yenidən kölgəli ay tutulması baş verəcək. Bu, Bakı vaxtı ilə 08:44 radələrində reallaşacaq və ərazi olaraq Afrika və Amerikanı əhatə edəcək. XXI əsr üçün ən çox tutulmalar məhz 2020-ci ildə olacaq. Adətən, ildə 4 dəfə olur, amma bu il tutulma silsiləsinə rast gəlirik – 6 dəfə. Böyük tutulma isə nadir görülən hadisələrdəndir. Böyük tutulma zamanı atmosferdə oksigen azalır, energetik baxımdan mənfi təsirləri olur. 1999-cu ildə baş verən böyük tutulma Fransadan başladı. Gündüz vaxtı qaranlıq oldu, hətta yarasalar gecə zənn edib Eyfel qülləsinə doluşmuşdular. Həmin tutulma İstanbulda tamamlandı. Biz də İstanbul zəlzəzəsinin ağır fəsadlarını gördük. Bu il də böyük tutulma dekabr ayına təsadüf edəcək. Növbəti dəfə isə 2038-ci ildə gözlənilir”.
Dürrə Həsənova