Zaqatalada qardaş qardaşı bıçaqlayıb.
Unikal.org Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Lahıc kəndində baş verib.
Belə ki, həmin kəndin sakini 1988-ci il təvəllüdlü Sərxan İsmayıl oğlu Abdullayev sağ boğaz nahiyəsinin kəsilmiş-deşilmiş bıçaq yarası xəsarəti ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına daxil olub.
Sərxan Abdullayevə lazımi tibbi yardım göstərilib. Hazırda müalicəsi xəstəxananın reanimasiya şöbəsində davam etdirilir. S. Abdullayevin vəziyyətinin orta-stabil olduğu bildirilir.
Araşdırma zamanı məlum olub ki, S. Abdullayev özündən doqquz yaş böyük qardaşı Kənan Abdullayev ilə şəxsi münasibətlər zəminində mübahisə edib. Mübahisə zamanı Kənan Abdullayev üzərində olan bıçaqla qardaşını boğazından bıçaqlayıb.
Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.