Bakıda bıçaqlanma hadisəsi baş verib.

Unikal.org-un xəbərinə görə, hadisə iyunun 30-u saat 20:30 radələrində Nəsimi rayonu, Moskva prospektində qeydə alınıb.

Belə ki, naməlum şəxs Şamaxı rayon sakini N.Eynalovu bıçaqlayaraq hadisə yerindən qaçıb.

Bakı Şəhər Baş Polis İdarəsi Cinayət Axtarış İdarəsi, Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini, 1995-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Əhməd Yahyayev müəyyən edilib. O, Sumqayıtda xəstəxanaların birində aşkarlanılıb.

Faktla bağlı araşdırma aparılır.