“Yüksəliş” müsabiqəsi qarşıya qoyulan hədəflərin həyata keçirilməsi istiqamətində işini davam etdirir.
Müsabiqənin təşkilatçılarından Unikal.org-a verilən məlumta görə, hazırda əyani mərhələnin videomüsahibə turunu uğurla keçmiş 940 iştirakçının hər biri növbəti mərhələlər üçün potensial namizəd sayılır.
Təbii ki, qalib olmaq istəyən iştirakçı müsabiqənin İşçi Qrupu tərəfindən müəyyənləşdirilimiş kompetensiyalara malik olmaldır. Çünki bu bacarıqlar qaliblərə həm də müsabiqədə yer alan idarəçi rəhbərlərlə birbaşa işləmək şansı yaradır. Bildiyiniz kimi, “Yüksəliş” müsabiqəsində Azərbaycanda fəaliyyət göstərən tanınmış şəxslərdən ibarət idarəçi rəhbərlər (https://yukselish.az/mentors.html) bir araya gəlib. Bu dəfə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev uğurlu idarəçiliklə bağlı tövsiyələrini bölüşüb.
- İdarəçi olmaq istəyən şəxslərə hansı tövsiyələri verərdiniz?
Uğurlu idarəçi ilk növbədə vətənpərvər, xalqına və dövlətinə sədaqətli olmalıdır. Hər bir məsələdə dəqiq vətəndaş mövqeyinə malik olmalı, onu nümayiş etdirməyi bacarmalıdır. Savadlı, bilikli, dünyagörüşlü olmaq əsas şərtlərdən biridir. Qarşıya qoyulan məqsədi aydın dərk etməli və onları çatdırmaq yollarını tapmalıdır. Hər kəslə açıq, səmimi münasibət qurmaq bacarığına malik olmalıdır. İstənilən vəziyyətdə ədalətli və düzgün qərar qəbul etmək bacarığı çox vacibdir. Ətrafına bacarıqlı, istedadlı, bilikli, müasir düşüncəli insanlar toplamağı bacarmalıdır.
- Uğurlu idarəçinin əsas xüsusiyyətləri hansılardır?
Müasir bilikləri, texnologiyanı öyrənsinlər. Bunlardan vətənə, xalqa, dövlətinə fayda vermək üçün uğurla istifadə etsinlər. Ulu Öndər Heydər Əliyevin dövlətçilik irsini dərindən mənimsəməlidirlər. Müstəqilliyimizin, azadlığımızın dəyərlərini bilməkdən ötrü hər zaman çalışmalıdırlar. Azərbaycan təbiətinə, tarixinə dərindən bələd olmalıdırlar.
- “Yüksəliş” müsabiqəsinin iştirakçılarından gözləntiləriniz nədir?
Bu müsabiqənin özü bir uğurdur. Gələcəkdə uğur qazanmaq üçün böyük bir şansdır. Müsabiqədə iştirakçılara yeni ideyalar verməyi, onları həyata keçirmək yollarını tapmağı arzu edirəm. İddialı olsunlar, uğurlu gələcək qurmaq üçün bir-birinə kömək etməyə çalışsınlar. Onların arasında yəqin ki, qaçqın və məcburi köçkün iştirakçılarımız da var. Hər bir iştirakçıya uğur diləyirəm! Arzu edirəm ki, bu uğurdan həyatlarında istifadə edə bilsinlər!