Cənubi Koreyada hazırda koronavirusun xüsusi yoluxucu ştammı sürətlə yayılır.
Unikal.org “Yonhap” agentliyinə istinadla xəbər verir ki, Koreyanın xəstəliklərə nəzarət və profilaktika Mərkəzinin alimləri GH ştammını aşkar ediblər.
Bildirilir ki, o, S ştammından mutasiya edib. Bu mutasiya tədqiq olunan 526 nəfərdən 333-də aşkar olunub və başqalarından 6 dəfə sürətlə ötürülür.
Həmçinin yeni ştammın orqanizmin hüceyrələrinə daha rahat ilişdiyi qeyd edilir.