Bolqarıstanda koronavirusa yoluxma sayının yenidən artması ilə əlaqədar fövqəladə epidemioloji vəziyyət rejimi iyulun 31-dək uzadılıb.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, bunu Bolqarıstanın Səhiyyə naziri Kiril Ananiyev deyib.
O bildirib ki, bu müddət ərzində sanitar-epidemioloji vəziyyətə nəzarət gücləndiriləcək.
Qeyd edək ki, Bolqarıstanda son iki gün ərzində 240-dan çox yoluxma qeydə alınıb. Bu günədək virusa yoluxanların sayı 5 740 nəfərə çatıb, 246 nəfər ölüb.