Türkiyədə son 24 saat ərzində daha 16 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.
Unikal.org haberler.com-a xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib.
Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 5 241 nəfərə çatıb.
Onun sözlərinə görə, ölkədə 1 086 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 206 844 nəfərə çatıb.
Nazir əlavə edib ki, ölkədə koronavirusdan sağalanların ümumi sayı son sutkada 2 315 nəfər olmaqla 182 995 nəfər təşkil edir.