Türkiyədə Esra və Ceyda Ersoy bacılarının ölmüş Sindi adlı itləri üçün hazırlatdıqları məzar sosial şəbəkələrdə gündəm yaradıb.
Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, iyunun 29-da ölən itin məzar daşına bacılar "Sənin üçün darixacağıq, sən bizim şahzadəmizsən. Hər zaman qəlbimizdəsən. Səni heç vaxt unutmayacağıq" sözlərini yazdırıblar. Sindi heyvan məzarlığında basdırılıb.
Lakin bu paylaşım bir mənalı qəbul edilməyib. Belə ki bir qisim insan bunu qəbul etsələr də, bir qisim isə məzarın həddindən artıq bəzəkli olduğunu bildiriblər.