Gürcüstanda son sutka ərzində koronavirusa 5 yeni yoluxma faktı qeydə alınıb.
Unikal.org xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.
Bununla da, qonşu ölkədə COVID-19-a ümumi yoluxma göstəricisi 958 nəfərə çatıb. Onlarıın 838-i müalicə olunaraq sağalıb, 15-i isə vəfat edib.
Hazırda Gürcüstan üzrə karantində saxlanılanların sayı 3 903, stasionar nəzarətdə olanların sayı isə 202 nəfər təşkil edir.