Karantin günlərini evində keçirən türkiyəli məşhur aktyor və aparıcı-şoumen Beyazıt Öztürk yenə gündəm olmağı bacarıb.
Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, şoumen İzmirdəki evində jurnalistlərin suallarını cavablandırıb. Mövzu evliliyə gəlincə, aktyor yenə zarafatından qalmayıb.
"Mən adamımı tapdım - Hakan Altun. O, nikah masasına oturmadan mən də evlənməyəcəyəm", – deyə Beyazıt bu dəfə də media nümayəndələrini mövzudan yayındırmağa çalışıb.