Afrika ölkəsi Keniyada, koronavirus pandemiyasına görə məktəblər 2021-ci ilə qədər bağlı qalacaq.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, Təhsil katibi Georq Magoha,  mətbuata verdiyi açıqlamada, Covid-19-a qarşı mübarizə çərçivəsində 2020-ci ildə keçirilməsi planlaşdırılan bütün imtahanların ləğv edildiyini söyləyib.  

“Məktəblərin açılışı sentyabr ayına planlaşdırılırdı, ancaq getdikcə artan Covid-19 hadisəsi səbəbindən 2021-ci ilin yanvarına təxirə salındı” – deyə nazir bildirib.  

Qeyd edək ki, ölkənin bəzi bölgələrində, həmçinin, Nairobi, Mombasa və Manderanda tətbiq olunan sərt karatin rejimi qaldırılıb. Yaxın iki həftə ərzində daxili uçuşlar üçün hava limanlarının açılması və dövlətlər arasında daşınmaya icazə verilməsi planlaşdırılır.

Xatırladaq ki, indiyə kimi Keniyada 8067 adam koronavirusa yoluxub, onlardan 164-ü virusun qurbanı olub.