Braziliya prezidenti Jair Bolsonaru koronavirusa yoluxub.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, Prezident iqamətgahından verilən yazılı açılamada, ölkə başçısının Covid-19 test nəticəsinin müsbət olduğu bildirilib.
Qeyd edək ki, Bolsonaru bir neçə dəfə xalq qarşısında çıxış edərək , virusun olmadığını bildirərək, baş verənlərin bir oyun olduğunu söyləyib. Braziliya ABŞ-dan sonra koronavirusa ən çox yoluxan və itki sayına görə ikinci ölkədir
Belə ki, ölkədə virusdan ölənlərin sayı 65 556-ya, yoluxanların sayı 1 626 71-ə çatıb.