Amerika ordusuna xidmət edən 20 yaşlı qadın əsgərin hərbi bazada cansız bədəni tapılıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, hadisə ilə əlaqədar olaraq Amerika Silahlı Qüvvələri işi nəzarətə götürdüyünü bildirib. Hərbi bazada gənc qadının vəhşicəsinə öldürülmüş cəsədi tapıldıqdan sonra tibbi ekspertizaya göndərilib. Həkimlərin ilkin rəyinə görə, qadının cinsi təcavüz məruz qaldığı da qeyd olunub.
Belə ki, ölümündən bir müddət əvvəl gənc qadın, ailəsinə əsgərlikdə cinsi təcavüzə məruz qaldığını və bir əsgər tərəfindən təqib edildiyini söyləyib. 20 yaşlı hərbiçi qadının vəhşicəsinə qətlə yetirilməsi Amerika ictimaiyyətinin qəzəbinə səbəb olub.
Faktla bağlı araşdırma aparılır.