Rusiya Federal Kosmik Agentliyinin (“Roskosmos”) rəhbərinin informasiya siyasəti üzrə müşaviri İvan Safronov barəsində cinayət işi başlanılıb.

Unikal.org Rusiya mətbuatına istinadən xəbər verir ki, ona qarşı Cinayət Məcəlləsinin 275-ci (Dövlətə xəyanət) maddəsi ilə ittiham irəli sürülüb.

Məhkəmənin qərarı ilə İvan Safronov barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçilib və o, 20 il müddətinə həbs oluna bilər.

Qeyd olunub ki, Federal Təhlükəsizlik Xidməti onu NATO-ya məlumat ötürməkdə ittiham edir.

Kəşfiyyatın bildirdiyinə görə Safronov dövlət sirri olan (hərbi əməkdaşlıq, müdafiə və təhlükəsizlik məsələləri – Red) məlumatları toplayaraq Şimali Atlantika Alyansının nümayəndəsinə ötürüb.