İtaliyanın paytaxtı Romada bir çox gəlin namizədləri koronavirus səbəbiylə ölkədə tətbiq olunan məhdudiyyətlərə qarşı etiraz ediblər.
Unikal.org xəbər verir ki, Trevi Bulağının qarşısına toplaşan 20 gəlin namizədi və toy təşkilatçısı Covid-19-a qarşı və toylarını keçirə bilməməsinə etiraz ediblər.
Gəlin namizədləri “Zamanla məhdudlaşdırılan bir xəyal”, “Toyların 90 faizi 2021-ci ilə təxirə salındı”, “Sən toyları məhv etdin”, “Kilsələrin qapıları toylara bağlıdır” yazılı plakatlarla öz nümayişlərini bildiriblər.