Braziliyada son sutka ərzində daha 45 305 nəfərin koronavirus infeksiyasına yoluxması təsdiqlənib.
Unikal.org xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirlik bildirib ki, indiyədək Braziliyada koronavirusa ümumilikdə 1 668 589 nəfər yoluxub. Bu müddət ərzində 66 741 koronaviruslu xəstə dünyasını dəyişib, son sutkada isə bu rəqəm 1254 nəfər olub.
Həmçinin bu günədək 976 977 xəstə müalicə olunaraq sağalıb.