Gürcüstanda son bir sutka ərzində yeni növ koronavirusa (COVID-19) 5 yoluxma halı qeydə alınıb.
Unikal.org xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərşçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 963 nəfərə çatıb.
Qeyd edək ki, Gürcüstanda koronavirus səbəbi ilə hazırda 3903 nəfər karantində saxlanılır, 202 nəfər isə stasionar şəraitdə müalicə olunur. Yoluxanlardan 841 nəfərin sağaldığı, 15 nəfərin isə vəfat etdiyi bildirilir.