İbadulla Ağayev Azərbaycanın baş epidemioloqu vəzifəsindən istefa verib.
Unikal.org apa-ya istinadən xəbər verir ki, bu barədə açıqlamasında İ. Ağayev özü bildirib.
O deyib ki, öz istəyi ilə ərizə yazaraq bu vəzifədən gedib.
Qeyd edək ki, bir neçə gün öncə İbadulla Ağayev Unikal.org-a açıqlamasında bildirmişdi ki, hazırda paytaxtda deyil, rayondadır və ölkədə baş verən hadisələrdən xəbərsizdir.