Ukrayna və Rusiya arasında hərbi münaqişə yarandığı təqdirdə, NATO məsələyə müdaxilə etməyəcək.
Unikal.org xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Avropadakı sabiq komandanı general Ben Hoces yerli KİV-lərə müsahibəsində bildirib.
O əlavə edib ki, Ukrayna NATO-ya üzv olmadığı üçün, təşkilat bu vəziyyətdə Kiyevi dəstəkləməyi planlaşdırmır.
Hoces, həmçinin qeyd edib ki, müdaxilə NATO-ya üzv olan bəzi ölkələrin Moskvaya təzyiq etmək istəmədikləri üçün baş verməyəcək.
Xatırladaq ki, bir neçə gün öncə Ukraynanın Hərbi-Dəniz Qüvvələrinin komandanı Aleksey Neijpapa ölkəsinin Rusiya ilə tammiqyaslı silahlı qarşıdurmaya hazırlaşdığını bildirmişdi.