Rusiya prezidenti Vladimir Putin Fələstin məsələsini Fələstin prezidenti Mahmud Abbasla müzakirə edib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Kreml Sarayından edilən yazılı açıqlamada, Putinin Abbasla telefon danışığı etdiyi bildirilib.
“Rusiya tərəfi, mövcud beynəlxalq hüquq sistemi çərçivəsində Fələstin-İsrail məsələsinin ədalətli və davamlı həllini dəstəkləməkdə prinsipial mövqeyini təsdiqlənib. Fələstinlilər arasında birliyin möhkəmləndirilməsinin əhəmiyyəti xüsusilə vurğulanıb”, - deyə açıqlamada qeyd olunub.
Həmçinin də, açıqlamada, iki liderin, koronavirusun yayılması ilə mübarizədə əlaqəni davam etdirməyə razı olduqları ifadə olunub.