ABŞ-da koronavirusla bağlı vəziyyət göstərilən səylər nəticəsində bir ay ərzində yaxşılaşacaq.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bunu ölkə Prezidenti Donald Tramp mətbuata müsahibəsində deyib.
"Hesab edirəm ki, iki, üç, dörd həftə sonra biz növbəti dəfə görüşəndə, hər kəs daha yaxşı formada olacaq",- deyə prezident bildirib.
Həmçinin də, Donald Tramp etiraf edib ki, pandemiya ilə bağlı məhdudiyyətər yumşaldıldıqdan sonra bir çox ştatlarda, o cümlədən Kaliforniya və Floridada yoluxma sayında kəskin artım müşahidə olunub.
Qeyd edək ki, bu günədək ABŞ-da 3 milyona yaxın şəxs koronavirusa yoluxub, 131 mindən çox xəstə həyatını itirib.