Keçən ilin dekabrında Çinin Uhan şəhərində meydana hələn  və qısa zamanda dünyanın 210-dan çox bölgəsinə yayılan koronavirus pandemiyası can almaqda və yoluxmaqda  davam edir. 

Unikal.org xəbər verir ki, milyonlarla insana yoluxan bu ölümcül virus minlərlə insanın həyatına son qoyub. Həmçinin də, koronavirus siyasət dünyasını həm sağlamlığı, həm də iqtisadiyyatına ağır zərbə vurub. 

Bildirək ki, bir çox siyasətçilərdə koronavirusa yoluxaraq karantinə alınıb. Bəs, bu günə qədər hansı siyasətçilər koronavirusa yoluxub?

Tədbir görmədiyi üçün tənqid olunan, maska taxmadığı və məsafələr qaydasına əhəmiyyət verməyən Braziliya Prezidenti Jair Bolsonaroda ötən gün koronavirusa yoluxduğu bildirilib.

Virus Rusiyada siyasət dünyasında təsirli olub. Koronavirusa Kremlin sözçüsü Dmitriy Peskov və Rusiyanın Baş naziri Mixail Mişustində aşkarlanıb.

İngiltərənin Baş nazir Boris Consonda koronavirusa yoluxan siyasətçilərdəndir. Həmçinin də, Şahzadə Çarlzın da koronavirusa yoluxduğu bildirilib. 

Honduras prezidenti Juan Orlando Hernandez və  Qazaxıstanın sabiq prezident Nursultan Nazarbayev yoluxmuşlar arasındadır.

Pandemiya bir çox ölkədə siyasi xadimlərə də ziyan vurub. Pakistanın səhiyyə naziri Zafer Mirzə, Pakistan xarici işlər naziri Şah Mahmud Kureysi, İranın sənaye, mədən və ticarət naziri Rza Rəhmani və İngiltərə səhiyyə naziri Matt Hancock koronavirus arasında yer alır.