ABŞ Prezidenti Donald Tramp Yaponiya və Cənubi Koreya yerləşdirilmələrinə görə ödənişi artırmadıqları halda, Amerika əsgərlərini bu ölkələrdən çıxara bilər.

Unikal.org xəbər verir ki, bu barədə ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə sabiq köməkçisi Con Bolton Yaponiyanın “Sankey” qəzetinə müsahibəsində bildirib.
 
Boltonun sözlərinə əsasən, ABŞ ordusu böyük ehtimalla Koreyadan çıxarılacaq, belə ki, bu ölkə ilə danışıqlar çox ağır gedir.

“ABŞ-ın öncəki prezidentlərindən fərqli olaraq, Tramp həqiqətən də ordularını çıxarmaq haqqında qərar verə bilər. Onun ödənişin artırılması ilə bağlı tələbini ciddi qəbul etmək lazımdr”, - deyə Bolton bildirib.