Cənubi Koreya polisi Seul Bələdiyyə Başçısı Park Uonun axtarışına başlayıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Bələdiyyə başçısının qızı bu gün polisə müraciət edərək atasının vəsiyyət məktubunu yazdıqdan sonra evi tərk etdiyini bildirib.
Tez bir zamanda Seul polis işçiləri Parkın izinə düşüblər. Belə ki, polislər Parkın izini telefon siqanalı ilə qeyd etməyə çalışıb. Lakin, başçının telefonu paytaxt şəhərdən biraz aralıda tapılıb.
Qeyd edək ki, Park Uonun axtarışları davam etdirilir.