“Səhiyyə naziri Oqtay Şirəliyevin səhhətində hər hansı problem yoxdur, iş başındadır və koronavirusla mübarizədə aktiv iştirak edir".
Unikal.org xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Səhiyyə Nazirliyinin aparat rəhbəri Nadir Zeynalov bildirib.
Səhiyyə Nazirliyinin aparat rəhbəri deyib ki, nazirliyin əməkdaşları ictimaiyyət qarşısına çıxır və sualları cavablandırır.