Azərbaycan Ordusunda koronavirusa yoluxma halı yoxdur.
Unikal.org xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
Onun sözlərinə görə, orduda vəziyyət nəzarət altındadır: "Bu gün Müdafiə naziri, general polkovnik Zakir Həsənovla danışmışam. Nazir bildirib ki, hazırda vəziyyət nəzarətdə saxlanılır. Hərbi hissələrin tibb xidmətləri hərbçilər arasında testlər keçirir və vəziyyətə xüsusi nəzarət olunur".