Daxili İşlər Nazirliyinin (DİN) Daxili Təhqiqatlar İdarəsinin rəisi, polis general-mayoru Sahib Mirzəyev vəzifəsindən azad olunub.
Unikal.org report-a istinadən xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri Vilayət Eyvazovun əmr imzalayıb.
Əmrə əsasən, S.Mirzəyev xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.
DİN-in Mətbuat Xidmətindən faktı təsdiqləyiblər.