Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin müəllimi Aynur Nəsirova koronavirusdan sağalıb.

Unikal.org xəbər verir ki, bu barədə Aynur Nəsirova "Facebook" səhifəsində paylaşım edib.

O, testinin nəticəsinin neqativ olduğunu bildirib: "Xəstəxana dövrü bitdi".

Qeyd edək ki, A.Nəsirova həm də  "ARB24" televiziyasının baş redaktor müavinidir. İyulun 3-ü onun koronavirusa yoluxduğu haqqında məlumat vermişdik.