"AMEA-nın üzvü koronavirusa aid şeir yazsa da, ancaq çapına icazə verilməyib".
Bunu Unikal.org-a açıqlamasında AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib.
O, həmçinin qeyd edib ki, AMEA-nın alimlərinin koronavirusa həsr olunmuş şeirlər yazması ilə bağlı deyilənlər həqiqəti əks etdirmir:
“AMEA-nın bir üzvünün iki yaxın qohumu koronavirusa yoluxmuşdu. Həmin əməkdaş da həkimlərə minnətdarlıq üçün koronavirusla bağlı şeir yazmışdı. Sözügedən şeir də AMEA-nın heç bir mətbu orqanında çap edilməyib. Mən özüm o şeiri oxumamışam. AMEA-nın alimlərinin koronavirusa həsr olunmuş şeirlər yazmasına gəlincə, belə bir şey yoxdur. Mətbuatda yazılanlar həqiqəti əks etdirmir. AMEA heç zaman şeir müsabiqəsi keçirməyib. Akademiya Azərbaycan Yazıçılar Birliyi deyil ki, bura elmi müəssisədir. Ədəbiyyət İnsititutu yazılan şeirlərə münasibət bildirir. Elə bir şey olmayıb. AMEA koronavirusun müalicəsi ilə bağlı tədqiqatlar aparır.”
Famil Fərhadoğlu