Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyevin sərəncamı ilə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov vəzifəsindən azad edilib.
Arif Qasımovun işdən çıxarılmasına səbəb kimi, onun Nizami rayon Məmmədəli Şərifli küçəsində yerləşən parkda qanunsuz olaraq özünə restoran tikdirməsi göstərilir.
Unikal.org-un əməkdaşı sözügedən əraziyə baş çəkib. Belə ki, artıq park ərazisində tikilən restoran sökülüb və yerə qazon döşənilir.
Foto: Müzəffər İsmayılov