İyulun 11-də ölkə ərazisinə yağan yağışlar nəticəsində respublikanın əksər çaylarında sululuq artıb.
Milli Hidrometeorologiya Xidmətindən Unikal.org-a verilən məlumata görə, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli sel keçib.
Belə ki, Kiçik Qafqazın ərazisindən axan Zəyəmçay-Ağbaşlar məntəqəsində suyun səviyyəsi 22 sm, Kürəkçay-Toğanada 5 sm, Böyük Qafqazın ərazisindən axan Vəlvələçay-Təngəaltı məntəqəsində 6 sm, Lənkəran-Astara bölgəsinin ərazisindən axan Viləşçay-Şıxlar məntəqəsində 1 sm, Kür-Qıraqkəsəmən məntəqəsində 4 sm, Qanıx-Əyriçay məntəqəsində isə səviyyə 2 sm artıb.
Yağan leysan yağışlar nəticəsində Daşkəsən rayonunun ərazisindən axan Dəstəfürçaydan və Oğuz rayonunun ərazisindən axan Əyriçaydan sel keçib.