Sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Füzuli Ələkbərova ağır itki üz verib.
Unikal.org-un
əldə etdiyi məlumata görə,  sabiq nazirin həyat yoldaşı İradə Ələkbərova  ötən gün 62 yaşında koronavirusdan dünyasını dəyişib.

Mərhum bu gün dəfn edilib.

Xatırladaq ki, F. Ələkbərovun anası bir neçə gün öncə koronavirusdan vəfat edib.
Qeyd edək ki, F.Ələkbərov 2006-2013-cü illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri vəzifəsində çalışıb.

Orxan Həsənli