Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatla əlaqədar yaranmış vəziyyətdən sui-istifadə edən naməlum mənbədən bəzi vətəndaşların mobil telefon nömrələrinə səfərbərlik çağırışı ilə bağlı sms göndərilib.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən Unikal.org-a bildirilib ki, cəmiyyətdə çaşqınlıq yarada biləcək belə məzmunlu məlumatlar həqiqətə uyğun deyildir.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti vətəndaşları daha diqqətli olmağa və yalnız rəsmi məlumatlara istinad etməyə çağırır.