Xəbər verdiyimiz kimi, iyulun 13-dən 14-ə keçən gecə və səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlərdə Azərbaycan Ordusunun bir neçə hərbi qulluqçusu ilə yanaşı, mayor Novruzov Anar Gülverdi oğlu şəhid olub.
Unikal.org xəbər verir ki, şəhid Anar Novruzovun qızı ilə son “WhatsApp” yazışması sosial şəbəkələrdə yayılıb.
Dünən:
Qızı: Ata, nə var, nə yox?
Şəhid: Hər şey yaxşıdır, xidmət edirəm. Nə olub tez-tez yazırsınız? Dərs oxu, qızım…
Bu gün:
Atacan, necəsən?
Vəziyyət necədi…