“Onun çoxdankı arzusu idi ki, cəbhədə, ön xətdə şəhid olsun. Bu gün həmin arzusuna görə toplanmışıq”.
Unikal.org xəbər ki, bu sözləri Azərbaycan Silahlı Qüvvələrinin mayoru şəhid Anar Novruzovun qardaşı Sucəddin Novruzov deyib.
“Evə gəlmirdi, evə yığışmaq istəmirdi, deyirdi ki, torpaqlarımızı almayana qədər mən bu evdə rahat qala bilmərəm. Ailəli idi, iki övladı var. Başımız sağ olsun, vətənimiz sağ olsun. Mən bu gün görürəm ki, o, tək mənim yox, bütün elimizin-obamızın, Azərbaycanımızın qardaşıdır”, - S.Novruzov bildirib.
Dürrə Həsənova