Xüsusi karantin rejiminin tələblərini pozan 195 minə yaxın şəxs haqqında inzibati məsuliyyət tədbirlərinin görülüb, onlardan 788 nəfər həbs edilib, 193 min 560 nəfər, o cümlədən tibbi maskadan istifadə etmədiklərinə görə 17 min 820 nəfər cərimələnib.
Unikal.org xəbər verir ki, bunu Daxili İşlər naziri Vilayət Eyvazov iyulun 21-də videokonfrans formatında keçirilən Kollegiya iclasında deyib.
Daxili İşlər naziri ölkədə tətbiq olunmuş xüsusi karantin rejiminə riayət olunmasına nəzarət tədbirləri çərçivəsində yoluxanların karantinə yerləşdirildiyi 35 şəhər və rayon üzrə 62 xəstəxananın və digər obyektlərin sutkalıq mühafizəsinin davam etdirildiyini bildirib.