Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə Regional Ofisinin missiyası COVID-19-a qarşı mübarizə tədbirlərini dəstəkləmək üçün Azərbaycanda səfərdədir. 

Bu barədə Unikal.org-a ÜST-nin Azərbaycandakı nümayəndəliyindən məlumat veriblər.

Missiyanın məqsədi ölkədə mövcud vəziyyətin qiymətləndirilməsi və müvafiq tövsiyələrin verilməsidir.  Missiya çərçivəsində Səhiyyə naziri Oqtay Şirəliyevlə və nazirliyin digər rəsmi nümayəndələri ilə görüş keçirilib.

Görüşdə Azərbaycanda cari vəziyyət və COVID-19 pandemiyasına qarşı görülən tədbirlər müzakirə edilib.